KÜVEYTƏ GƏRGİNLİK SƏBƏBİLƏ SƏRT QƏRARLAR
İŞ SAATLARI AZALDILIR, MƏSAFƏDƏN TƏHSİL TƏTBİQ EDİLİR
KÜVEYTƏ GƏRGİNLİK SƏBƏBİLƏ SƏRT QƏRARLAR
Küveytdə iş yerlərində çalışanların sayı 70 faiz azaldılıb, iş saatları 6 saata endirilib, şagirdlər isə məsafədən təhsil sisteminə keçirilib. Bu qərar Körfəz regionunda artmaqda olan gərginlik nəticəsində ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində qəbul edilib.Küveyt Mülki Xidmət İdarəsi Ramazandan sonra dövlət qurumlarında iş rejiminin yalnız 30 faiz əməkdaşla davam etdiriləcəyini açıqlayıb. Eyni zamanda, növbəli və məsafədən iş rejiminin tətbiqi, gündəlik iş saatlarının bir saat azaldılaraq 6 saata endiriləcəyi və növbəti xəbərdarlığa qədər axşam növbəsində işlərin dayandırılacağı elan edilib.




