13 MİLYON AVROLUQ LAYİHƏ
NATO ORDUSUNDA “CASUS” BÖCƏKLƏR FƏALİYYƏT GÖSTƏRƏCƏK
NATO arsenalına bioelektron həşəratlar daxil edilir.Almaniya startapı yeni texnologiya çərçivəsində sensorlar, qorunan rabitə sistemi və süni intellektlə təchiz olunan “kəşfiyyatçı böcəklər” yaradıb.Məlumata görə, bu mikrohəşəratlar sürü şəklində fəaliyyət göstərərək kəşfiyyat əməliyyatlarını gizli və koordinasiyalı şəkildə icra etmək qabiliyyətinə malikdir.Qeyd olunur ki, layihənin hazırlanmasına ümumilikdə 13 milyon avroya yaxın vəsait sərf edilib.




