ADY-DƏN STRATEJİ LAYİHƏ
BİLƏCƏRİ–YALAMA DƏMİR YOLU ÜÇÜN BEYNƏLXALQ TENDER ELAN EDİLİB
Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Biləcəri–Yalama dəmir yolu sahəsinin elektrikləşdirilməsi, siqnallaşdırılması və telekommunikasiya sistemlərinin yenilənməsi layihəsi üzrə beynəlxalq tender elan edilib. “APA-Economics” xəbər verir ki,
Tender layihələndirmə və tikinti işlərini əhatə edir. Təkliflərin təqdim olunması üçün son tarix 29 may 2026-cı il müəyyən edilib. Sifarişçi “Azərbaycan Dəmir Yolları” QSC-dir. Layihə 192 km uzunluğunda iki xətli Biləcəri–Yalama sahəsini və 15 stansiyanı əhatə edir. Köhnəlmiş sistemlərin beynəlxalq standartlara uyğun yenilənməsi nəzərdə tutulur. Layihənin icra müddəti 42 ay təşkil edəcək.Qeyd edək ki, bu layihə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yük daşımalarının səmərəliliyinin artırılması baxımından strateji əhəmiyyət daşıyır. Layihənin icrası nəticəsində dəmir yolu xəttində təhlükəsizlik, sürət və əməliyyat effektivliyinin yüksəlməsi gözlənilir.




