MART AYINDA NƏLƏR BAHALAŞIB?
MART AYINDA NƏLƏR BAHALAŞIB?
QİYMƏTİ ARTAN VƏ AZALAN MƏHSULLAR BƏLLİ OLDU
2026-cı ilin mart ayında Azərbaycanda ən çox meyvə və tərəvəz bahalaşıb, yumurta isə ucuzlaşıb.“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, mart ayında əvvəlki ayla müqayisədə meyvələrin qiyməti 3,6%, tərəvəzlərin qiyməti isə 3,2% artıb.Bununla yanaşı, balıq və balıq məhsulları 1,5%, süd və süd məhsulları 0,6%, çörək, çörək məmulatları və yarmalar 0,7% bahalaşıb. Digər məhsul qruplarından ət və ət məhsullarının qiyməti 0,2%, kərə və bitki yağları, qənd, cem, bal, şokolad və konfetlər, çay, qəhvə və kakao, həmçinin mineral sular və şirələr üzrə qiymətlər 0,3% artıb. Alkoqollu içkilər isə 0,5% bahalaşıb.Hesabat ayında ən çox ucuzlaşma yumurtanın qiymətində qeydə alınıb. Belə ki, mart ayında yumurtanın qiyməti fevral ayı ilə müqayisədə 2,9% azalıb. Tütün məmulatlarının qiymətləri isə ötən ay dəyişməz olaraq qalıb.Qeyd edək ki, 2026-cı ilin mart ayında illik inflyasiya 5,6%, aylıq inflyasiya isə 0,5% təşkil edib.




