BÜDCƏ GƏLİRLƏRİ PROQNOZU ÜSTƏLƏDİ
BÜDCƏ GƏLİRLƏRİ PROQNOZU ÜSTƏLƏDİ
1.8 MİLYARD MANAT PROFİSİT YARANIB
Maliyyə Nazirliyi 2026-cı ilin yanvar-mart ayı üzrə icmal və dövlət büdcələrinin icrasına dair məlumat yayıb.Məlumata görə, 2026-cı ilin ilk 3 ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9,6 milyard manata yaxın, xərcləri isə 7,8 milyard manat olub. Nəticədə büdcədə təxminən 1,8 milyard manat profisit yəni artıqlıq yaranıb.Büdcə gəlirləri proqnozdan yüksək icra olunub. Əsas gəlir mənbələri vergi daxilolmaları, Dövlət Neft Fondundan transfertlər və gömrük rüsumları olub. Qeyri-neft-qaz sektoru büdcə gəlirlərinin yarıdan çoxunu təşkil edib.Xərclərin böyük hissəsi sosial sahəyə yönəldilib. Əməkhaqları, pensiyalar, müavinətlər və səhiyyə xərcləri əsas payı tutub. Eyni zamanda işğaldan azad olunan ərazilərin bərpası üçün də vəsait ayrılıb.Hesabat dövründə dövlət borcuna xidmət üçün 524 milyon manat xərclənib. Xarici dövlət borcu ÜDM-in 6,1 faizini, daxili borc isə 12,6 faizini təşkil edib.
İcmal büdcədə 208 milyon manat həcmində kəsir qeydə alınıb.




