ABŞ-DƏ NAZİRLİKDƏ MAAŞ BÖHRANI
ƏMƏK HAQQI ÖDƏNİLMƏSƏ,ÖLKƏNİN TƏHLÜKƏSİZLİYİ ZƏRBƏ ALTINA DÜŞƏ BİLƏR
“Daxili Təhlükəsizlik Nazirliyi artıq may ayının əvvəllərində öz işçilərinin əməkhaqqılarını ödəməyi dayandıra bilər”.Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin rəhbəri Markueyn Mallin “Fox News” telekanalına açıqlamasında bildirib. Bildirilir ki,buna səbəb ABŞ Konqresinin sözügedən nazirliyin büdcəsini razılaşdıra bilməməsi nəticəsində yaranan vəsait qıtlığıdır.O vurğulayıb ki, maaşların verilməməsi ölkənin təhlükəsizliyinin təmin olunmasına, xüsusən də qeyri-qanuni miqrasiya ilə mübarizəyə və hava limanlarında sərnişinlərin yoxlanılması prosesinə kəskin dərəcədə mənfi təsir göstərə bilər.Qeyd edək ki, fevralın 14-də ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi maliyyənin olmaması səbəbindən öz fəaliyyətini qismən dayandırıb.




