AZƏRBAYCANDA NEÇƏ SAHİBKARLIQ SUBYEKTİ FƏALİYYƏT GÖSTƏRİR?
1995 REZİDENT TƏSDİQEDİCİ SƏNƏD ALIB
Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında ümumilikdə 143 rezident və 13 qeyri-rezident subyekti qeydiyyata alınıb. İqtisadiyyat Nazirliyinin məlumatına görə hazırda Sumqayıt, Hacıqabul, Mingəçevir, Qaradağ, Pirallahı, Balaxanı, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında olan sahibkarlıq subyektlərindən 83-ü artıq fəaliyyətə başlayaraq istehsal və xidmət prosesini həyata keçirir. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində bugünədək rezidentlər 1995 təsdiqedici sənəd alıb. Bunun nəticəsində 547 milyon manatdan çox vəsaitə qənaət ediblər. 2025-ci il ərzində 400 təsdiqedici sənəd verilib, bunun nəticəsində 42 milyon manatdan çox vəsaitə qənaət edilib.




