ERMƏNİSTANA GÖNDƏRİLƏN YÜK BİLƏCƏRİDƏN YOLA DÜŞÜB
ERMƏNİSTANA GÖNDƏRİLƏN YÜK BİLƏCƏRİDƏN YOLA DÜŞÜB
BU DƏFƏKİ YÜKƏ 279 TON TAXIL, 203 TON GÜBRƏ DAXİLDİR
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan 7 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Ermənistana 4 vaqondan ibarət çəkisi 279 ton olan taxıl, 3 vaqondan ibarət çəkisi 203 ton olan gübrə göndərilib. Qeyd edək ki, İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8 500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.




