Qlobal HR liderləri Bakıda bir araya gəlir: World HR Summit 2026
Biznes Tv tədbirin media əməkdaşıdır.
Böyük məmnunluq hissi ilə bildirmək istəyirik ki, Azərbaycan HR İnstitutunun təşkilatçılığı, Dünya İnsan Resursları Assosiasiyaları Federasiyasının (WFPMA) dəstəyi, dünyanın ən peşəkar biznes platforması LinkedIn əsas tərəfdaşlığı, Bahar Energy Operating Company (BEOC) və Neosis Consulting (Türkiye) gold sponsorluğu, İdenfit şirkətinin gümüş sponsorluğu, PAŞA Life şirkətinin sığorta tərəfdaşlığı ilə yerli və qlobal şirkətlərin insan resursları baş direktorları, dövlət qurumlarının insan resursları rəhbərləri və HR peşəkarlarının iştirakı ilə 1 May tarixi Bakıda World HR Summit 2026 tədbiri keçiriləcəkdir.

«World HR Summit 2026» tədbiri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 Milli prioritetdən 3-cüsü olan “Rəqabətli insan kapitalı və Müasir innovasiyalar” prioritetini əsas alaraq dünyada insan resursları üzrə tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal Sammitdir.
Tədbir iştirakçıları dünyanın insan resursları üzrə nüfuzlu HRCI və SHRM təşkilatları tərəfindən ən yüksək beynəlxalq akkrediyasiyaya malik 10.00 (PDC’s) peşəkar inkişaf kreditlərinə malik «Sertifikat» ilə təltif olunacaq, həmçinin qlobal insan resursları trendləri, İnsan yönümlü liderlik, rəqəmsal insan resursları və süni intellekt, öyrənmə və inkişafın perspektivləri və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olacaqlar.
Ətraflı məlumat üçün tədbirin rəsmi saytı təqdim olunur:
https://worldhrsummit.az/




