BEYNƏLXALQ VALYUTA FONDUNDAN PROQNOZ
BEYNƏLXALQ VALYUTA FONDUNDAN PROQNOZ
STRATEJİ EHTİYATLAR 94 MİLYARD DOLLARA YAXINLAŞACAQ
Azərbaycanda strateji valyuta ehtiyatlarının yaxın illərdə artacağı gözlənilir.“APA-Economics” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun proqnozunda qeyd olunub. Məlumata görə, ölkənin strateji valyuta ehtiyatları 2026-cı ildə 90,4 mlrd. ABŞ dolları təşkil edəcək. Bu göstərici 2031-cu ilə qədər təxminən 94 milyard dollara çatacaq.Hesabata əsasən, Dövlət Neft Fondunun ehtiyatlarının artım trayektoriyası davam edəcək. Belə ki, Fondun ehtiyatlarının 2026-cı ildə 76,1 mlrd. dollardan 2031-ci ildə 84,2 mlrd. dollara yüksələcəyi gözlənilir.Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankının ehtiyatlarının isə bu illər ərzində tədricən azalacağı proqnozlaşdırılır.




