TÜRKİYƏYƏ GEDƏNLƏR ÜÇÜN ŞAD XƏBƏR
“TURİST VERGİSİ” 1 FAİZƏ ENDİRİLDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı ilin 31 dekabrınadək yerləşmə yəni yaşayış vergisinin mövcud olan 2 faizdən 1 faizə salınması haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın verdiyi xəbərə əsasən, müvafiq sənəd 1 may cümə günü hökumətin rəsmi mətbuat orqanı sayılan “Resmi Gazete”də yayımlanıb və elan edildiyi andan etibarən qüvvəyə minib.İctimaiyyət arasında “turist vergisi” adlandırılan yaşayış rüsumu Türkiyə ərazisində 2023-cü ilin 1 yanvar tarixindən etibarən tətbiq olunur. Bu vəsait mehmanxana, motel, kempinq və digər müvəqqəti yaşayış obyektlərində tutulur. Vergi rəsmi qaydada obyekt sahibi tərəfindən ödənilsə də, reallıqda həmin məbləğ turun dəyərində və ya müştərinin yekun çekində öz əksini tapır. Pansionat, yataqxana və düşərgələrdə qalan tələbələr, o cümlədən Türkiyədə diplomatik statusla fəaliyyət göstərən nümayəndəliklərin və beynəlxalq qurumların akkre




