MƏRKƏZİ BANK YENİ RƏQƏMLƏRİ AÇIQLADI
MƏRKƏZİ BANK YENİ RƏQƏMLƏRİ AÇIQLADI
TİCARƏT VƏ XİDMƏT SEKTORUNA KREDİT QOYULUŞU ARTIB
2026-cı ilin aprelin 1-nə Azərbaycandakı banklar və qeyri-bankların ticarət və xidmət sektoruna qoyduğu kreditin həcmi 4,413 milyard manat təşkil edib.Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 0,3%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 6,6% çoxdur.Qeyd edək ki, ümumilikdə 2026-cıilin aprelin 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,932 milyard manat təşkil edib.Bu da aylıq və 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə artım deməkdir.




