“LEOBANK”IN İŞİNDƏ PROBLEM
İKİ GÜNDÜR TƏTBİQDƏN İSTİFADƏ ETMƏK OLMUR
“Leobank” ın işində problem yaranıb.İstifadəçilər artıq ikinci gündür “Leobank” tətbiqində problemlər olduğunu bildirirlər. Leobank Unibank-ın təqdim etdiyi yeni mobil bankçılıq xidmətidir. Bankın 1 milyondan çox müştərisinin olduğu bildirilir.
Bank yaranmış problemlərlə bağlı açıqlama verməyib.




