1 DƏQİQƏDƏN DƏ AZ VAXTA AĞLASIĞMAZ GƏLİR
NƏHƏNG ŞİRKƏTLƏR 1 MİLYON DOLLARI NƏ QƏDƏR VAXTA QAZANIR?
Dünyanın aparıcı şirkətlərinin qazanc tempi ilə bağlı statistika açıqlanıb. Məlumata görə, nəhəng korporasiyalar cəmi bir neçə dəqiqə, bəziləri isə saniyələr ərzində 1 milyon dollar gəlir əldə edir. Siyahıda yer alan Chevron 1 milyon dolları 2 dəqiqə 26 saniyəyə qazanır. Meta üçün bu göstərici 2 dəqiqə 17 saniyə, Nvidia üçün isə 2 dəqiqə 9 saniyədir. Pərakəndə satış şirkəti Costco bu məbləği 1 dəqiqə 46 saniyəyə əldə edir. Texnologiya nəhənglərindən olan Microsoft 1 dəqiqə 31 saniyəyə, Google və Apple isə hərəsi 1 dəqiqə 9 saniyəyə 1 milyon dollar qazanır.
Siyahıya liderlik edən şirkətlər isə pərakəndə və electron ticarət sektorundadır. Walmart cəmi 44 saniyəyə, Amazon isə 43 saniyəyə 1 milyon dollar gəlir əldə edir. Qeyd edək ki, bu göstəricilər şirkətlərin ümumi gəlir dövriyyəsi əsasında hesablanıb və onların bazardakı dominant mövqeyini əks etdirir.




