MƏKTƏBƏQƏDƏR TƏHSİLLƏ BAĞLI YENİLİK. VALİDEYN-DÖVLƏT-ÖZƏL MALİYYƏLƏŞMƏ MODELİ TƏTBİQ EDİLƏCƏK.
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədə əsasən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulan məqsədli vəsait hesabına təmin ediləcək. Fərmana əsasən, Nazirlər Kabineti məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydasını üç ay müddətində təsdiq edib Prezidentə məlumat verməlidir. Elm və Təhsil Nazirliyi hər növbəti maliyyə ili üzrə məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi üçün tələb olunan məqsədli vəsaitin həcmini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.




