BƏZİ SAHİBKARLARA YENİ DÖVLƏT DƏSTƏYİ.
BƏZİ SAHİBKARLARA YENİ DÖVLƏT DƏSTƏYİ. ELEKTRİK ŞƏBƏKƏSİNƏ QOŞULMAYA GÖRƏ ÖDƏNİŞİN 50 FAİZİ SUBSİDİYALAŞDIRILACAQ.
“Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası” təsdiq edilib. Prezident bununla bağlı Fərman imzalayıb. Belə ki, sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə Tarif Şurası tərəfindən müəyyən edilən ödənişin 50 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödəniləcək. Subsidiya bu Fərman qüvvəyə mindikdən sonra elektrik şəbəkəsinə qoşulan sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinə şamil edilir. Nazirlər Kabineti nəzərdə tutulan subsidiyanın 2027–2030-cu illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməlidir. İqtisadiyyat Nazirliyi elektrik şəbəkəyə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılmasını təşkil etməlidir. Fərman 2027-ci il yanvarın 1-dən qüvvəyə minir və 2030-cu il dekabrın 31-dək qüvvədədir.




