DƏRMAN İDXALINDA 5 MİLYON DOLLARLIQ AZALMA
DƏRMAN İDXALINDA 5 MİLYON DOLLARLIQ AZALMA
2026-Cİ İLİN 5 AYININ STATİSTİKASI AÇIQLANIB
2026-cı ilin yanvar–may aylarında Azərbaycana 214,9 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon dollara yaxın azalma deməkdir. Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.Miqdar ifadəsində idxal 8 min 987 tondan 5 min 966 tona düşüb. Əczaçılıq məhsullarında miqdar kəskin azalsa da, dəyər cəmi 2,6% düşüb. Bu, idxal olunan məhsulların orta qiymətinin ciddi yüksəldiyini və ya daha bahalı dərman məhsul strukturuna keçid olduğunu göstərir.




