Birbilet.az: Azərbaycanda bütün tədbirlər üçün vahid onlayn bilet platforması istifadəyə verildi
Konsert, teatr, konfrans, idman və festival biletləri artıq bir ünvanda. Birbilet.az istifadəçilərə sevdikləri tədbirləri kəşf etmək və biletlərini bir neçə kliklə təhlükəsiz əldə etmək imkanı təqdim edir.
Azərbaycanın tədbir bazarında rəqəmsallaşmanı sürətləndirən yeni onlayn bilet platforması Birbilet.az fəaliyyətə başlayıb. Platforma konsertdən konfransa, teatrdan idman yarışlarına və festivallara qədər müxtəlif tədbirləri vahid məkanda birləşdirərək, istifadəçilərə axtarış, seçim və bilet alışını daha sadə, sürətli və etibarlı şəkildə həyata keçirmək imkanı verir.
İstifadəçilər sayta daxil olaraq tədbirləri kateqoriya, tarix və məkan üzrə asanlıqla tapa, sevdikləri tədbiri seçə və biletlərini bir neçə addımda rahat ala bilirlər.
Birbilet.az tədbir təşkilatçıları üçün hazırlanmış eticksystem SaaS platformasının istehlakçıya yönəlik marketplace-idir. Təşkilatçılar tədbirlərini eticksystem üzərində yaradır — oturacaq planlarını dizayn edir, onlayn və nağd ödənişləri qəbul edir, QR kodlu biletlər və sürətli giriş skaneri ilə tədbiri idarə edirlər. Bu tədbirlər avtomatik olaraq Birbilet.az saytında nümayiş olunaraq geniş auditoriyaya çatdırılır. Beləliklə, təşkilatçı peşəkar idarəetmə alətlərini, istifadəçi isə rahat bilet alışını eyni ekosistem daxilində əldə edir.
“Birbilet.az-ı yaradarkən məqsədimiz tədbir iştirakçıları üçün bilet almağı mümkün qədər sadə və etibarlı etmək, təşkilatçılar üçün isə güclü, çevik bir satış kanalı təqdim etmək idi. Bu gün bütün tədbirləri bir platformada birləşdirməklə bu hədəfə daha da yaxınlaşırıq,” – deyə, Birbilet.az-ın direktoru Əziz Məmmədov bildirib.




