AUDİTLƏR DAHA ÇEVİK APARILACAQHESABLAMA PALATASINDAN YENİ PLATFORMA YARADIR
Hesablama Palatası rəqəmsal audit platforması yaradır.Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Trend” İnformasiya Agentliyi və İTV-yə birgə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu istiqamətdə artıq texnoloji platforma formalaşdırılıb və Hesablama Palatasının informasiya sistemi hökumət buluduna yerləşdirilib. Hazırda hesabat və məlumatların sistem üzərindən əldə olunması istiqamətində işlər aparılır.
Sədr qeyd edib ki, informasiya sistemi tam istifadəyə verildikdən sonra illik iş planlarının hazırlanması, auditin hazırlıq və planlaşdırma mərhələləri tam elektron mühitdə həyata keçiriləcək. Eyni zamanda, sistemin digər dövlət informasiya sistemləri ilə inteqrasiyası məlumatlara operativ çıxışı təmin edəcək, audit nəticələrinin daha çevik əldə olunmasına şərait yaradacaq.

