Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
June 18, 2026
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
June 18, 2026
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
June 15, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
DOLLAR UCUZLAŞIR
June 15, 2026
DÜNYA DİPLOMATİYASINDA TARİXİ GÜN
June 15, 2026
PREZİDENT İLHAM ƏLİYEV DONALD TRAMPI YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB
June 15, 2026
Bizi izlə
Canlı yayım
Canlı İzlə
Ana səhifə/İqtisadiyyat/Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortalanması tarifi azaldılıb
İqtisadiyyatXəbərlər

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortalanması tarifi azaldılıb

December 6, 2024

Aqrar Sığorta Fondu kənd təsərrüfatı heyvanlarının sığortalanması tarifini azaldıb.

  • Heyvanları 2 və ya 3 illik sığortalayarkən illik sığorta haqları daha da aşağı salınır ki, bu da fermerlər üçün əlavə üstünlük yaradır.
  • Sığortanın Əhatə Dairəsi
  • 2024-cü ilin ilk 10 ayında heyvandarlıq sığortası üzrə 907 min manat sığorta ödənişi həyata keçirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45% artımdır. Bu göstərici fermerlərin aqrar sığorta mexanizminə artan marağını əks etdirir.

BİZNES TV  bu barədə AZƏRTAC– a istinadən xəbər verir.

Azərbaycanda dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizmi çərçivəsində kənd təsərrüfatı heyvanlarının sığortalanması daha əlçatan olub. Bu, Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin qərarı ilə tariflərin aşağı salınması sayəsində mümkün olub.

Xatırladaq ki, Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı və 22 dekabr 2021-ci il tarixli 398 saylı qərarlarına əsasən, Azərbaycanda aqrar sığorta vasitəsilə iribuynuzlu ətlik və südlük mal-qaranı (inək, camış və danaları), eləcə də xırdabuynuzlu heyvanları (qoyun və keçiləri) sığortalamaq mümkündür.

İndiyədək mal-qaranın sığortalanması üçün sığorta tarifləri seçilmiş sığorta zərfindən asılı olaraq heyvanın qiymətinin 5,2-8,2 faizi arasında dəyişirdi.

İdarə Heyətinin qərarı ilə iribuynuzlu heyvanların sığorta haqqı 5 faiz, xırdabuynuzlu heyvanların sığorta haqqı isə 10 faiz aşağı salınıb. Nəticədə iribuynuzlu mal-qara üçün 4,9-7,8 faizə, xırdabuynuzlu heyvanlar üçün isə 4,65-7,37 faizə endirilib.

Nəticədə indiyədək 1000 manatlıq iribuynuzlu heyvanın (inək və ya camış) illik sığorta haqqı seçilmiş sığorta zərfindən asılı olaraq fermerə 26-41 manata başa gəlirdisə, indi bu rəqəm 25-39 manata enib.

Dəyişikliklər nəticəsində qiyməti 3000 manat olan inəklərin sığorta haqqı 77-123 manatdan yenilikdən sonra 73-117 manata endirilib, qiyməti 5000 manat olan heyvanların sığortası üçün isə fermerlər əvvəlki 129-205 manat əvəzinə, 122-195 manat ödəyəcəklər.

Xırdabuynuzlu heyvanların sığorta haqqı daha çox – 10 faiz aşağı salınıb. Belə ki, indiyədək xırdabuynuzlu heyvanların sığortalanması üzrə illik sığorta tarifi 5,2-8,2 faiz arasında dəyişirdisə, indi bu rəqəm 4,6-7,4 faizə endirilib.

Nəticədə indiyədək 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) illik sığorta haqqı fermerə 7,75-12,3 manata başa gəlirdisə, indi bu rəqəm 6,97-11 manata enib.

Qiyməti 500 manat olan qoyun və keçinin sığortası isə əvvəllər fermerlərə 13-20,4 manata başa gəldiyi halda, hazırda bu məbləğ 11,6-18,4 manata endirilib.

Heyvanları 2 və ya 3 illik sığortalayarkən illik sığorta haqları daha da aşağı salınır ki, bu da fermerlər üçün əlavə üstünlük yaradır.

Sığortanın Əhatə Dairəsi

Aqrar sığorta heyvanları bir sıra risklərdən qoruyur, o cümlədən:

  • Yoluxucu xəstəliklər, zəhərlənmələr və ilan/həşərat sancmaları.
  • Yanğın, təbii fəlakətlər (zəlzələ, qasırğa və s.).
  • Vəhşi heyvanların hücumu.
  • Oğurluq, soyğunçuluq və digər cinayət hallarından dəyən zərərlər.

Heyvanların yaş həddi ilə bağlı tələblər:

  • Südlük mal-qara: 7 yaşa qədər.
  • Ətlik mal-qara: 3 yaşa qədər.
  • Xırdabuynuzlu heyvanlar: 5 yaşa qədər.

2024-cü ilin ilk 10 ayında heyvandarlıq sığortası üzrə 907 min manat sığorta ödənişi həyata keçirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 45% artımdır. Bu göstərici fermerlərin aqrar sığorta mexanizminə artan marağını əks etdirir.

Fermerlər sığorta şərtləri və tariflər barədə məlumatı aşağıdakı mənbələrdən əldə edə bilərlər:

  • Aqrar Sığorta Fondunun rəsmi saytı: www.asf.gov.az.
  • Heyvandarlıq sığortası kalkulyatoru vasitəsilə fərdi hesablamalar aparmaq.
  • ASF-nin 1651 Çağrı mərkəzinə zəng edərək dəstək almaq.

Bu yeniliklər kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatların risklərini minimuma endirmək və fermerlər üçün əlverişli şərait yaratmaq məqsədini daşıyır.

Əvvəlki yazı

Nicat İmanov: “Vergi güzəştləri Naxçıvan rezidentlərinə də tətbiq ediləcək”

Növbəti yazı

“S&P”: 2027-ci ilə qədər Azərbaycanda neft hasilatı sutkada 0,6 milyon barel olacaq

Related Posts

Press-reliz
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
Biznes TV
By Biznes TV
Press-reliz
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
Biznes TV
By Biznes TV
Press-reliz
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
Biznes TV
By Biznes TV
Qlobal
2026 FIFA DÜNYA KUBOKU
Biznes TV
By Biznes TV
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
“FAYDA” İŞ ADAMLARI PLATFORMASI VƏ BİZNES TV-DƏN YENİ TƏŞƏBBÜS
June 18, 2026
ÖZƏL SEKTOR FORUMU KEÇİRİLİB
June 18, 2026
AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASI
June 15, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV