Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,78$2,65%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%

Haqqımızda

Biznes TV — Azərbaycanda iqtisadiyyat və sahibkarlıq üzrə ixtisaslaşmış media platforması

Biznes TV

Son illərdə dünya və yerli iqtisadiyyat yeni mərhələyə keçib. Rəqəmsallaşma, yeni biznes modelləri, geosiyasi risklər və bazarlardakı dalğalanmalar həm şirkətlərin, həm də vətəndaşların qərarlarına birbaşa təsir göstərir. Bu şəraitdə iqtisadi savadlılıq, biznes düşüncəsi və düzgün qərarvermə bacarığı artıq lüks deyil, zərurətdir.

Azərbaycan mediasında iqtisadi maarifləndirmə, sahibkarlıq hekayələrinin peşəkar təqdimatı və biznes mədəniyyətinin formalaşdırılması üzrə ciddi boşluq mövcuddur. Xəbər axını var, amma Bloomberg, CNBC, Euronews Business kimi kanalların oynadığı strateji rolu yerinə yetirən lokal platforma demək olar ki, yoxdur. Biznes TV məhz bu boşluğu doldurmaq üçün qurulub.

Biznes TV həm kontent, həm də biznes modeli baxımından dayanıqlı və tərəfdaşlığa açıq media ekosistemi qurmağı hədəfləyir. Burada brendlər sadəcə reklam yerləşdirmir — öz nüfuzunu, mövqeyini və təsir gücünü gücləndirir.

Nə edirik

  • Cəmiyyəti iqtisadi trendlər, qərarların nəticələri və bazar imkanları barədə aydın, sistemli və əlçatan məlumatla təmin edir;
  • Yerli sahibkarların, brendlərin və biznes hekayələrinin vitrini kimi çıxış edir;
  • Şirkətlər üçün şəffaf, etibarlı və peşəkar kommunikasiya və kommersiya platforması rolunu oynayır

İdarə Heyəti

Rəhbərlik
Hikmət Məmmədov

Hikmət Məmmədov

İdarə Heyətinin üzvü / sədri

Nigar Ələsgərova

Nigar Ələsgərova

İdarə Heyətinin üzvü

Elmar Əbilov

Elmar Əbilov

İdarə Heyətinin üzvü

Amil Mahmudov

Amil Mahmudov

İdarə Heyətinin üzvü

Xanlar Mehdiyev

Xanlar Mehdiyev

İdarə Heyətinin üzvü

Anar Məmmədov

Anar Məmmədov

İdarə Heyətinin üzvü