Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97760,00%Brent101,21$3,36%Qızıl7.448,800,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

2025-ci il üçün yaşayış minimumu bu qədər olacaq – Təsdiqləndi

Biznes TV1 dəq oxu
Paylaş
2025-ci il üçün yaşayış minimumu bu qədər olacaq – Təsdiqləndi
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Milli Məclisdə “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Biznes TV xəbər verir ki, qanun layihəsi Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.