Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent109,00$7,70%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Region

31 NƏFƏR İŞDƏN ÇIXARILDI

Biznes TV1 dəq oxu
Paylaş
31 NƏFƏR İŞDƏN ÇIXARILDI

31 NƏFƏR İŞDƏN ÇIXARILDI GÖYÇAY İCRA HAKİMİYYƏTİNDƏ STRUKTUR DƏYİŞİKLİYİ

Göyçay Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi ilə bağlı 31 vəzifə ləğv edilib. Oxu.az xəbər verir ki, icra başçısı Orxan Mürsəlovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.Məlumata görə, vəzifəsini itirənlərdən 26 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi – baş mühasibidir. Digər şəxslər isə Göyçay Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.Vəzifəsi ləğv edilənlərdən 4 nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilsə də, hazırda 27 şəxs işsizdir.Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu, Tovuz, Cəlilabad və Quba Rayon İcra Hakimiyyətinin də 40-a yaxın əməkdaşı vəzifələrindən azad ediliblər.

icraxəbərlər

Oxşar materiallar

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏ
Region

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏ

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏHƏRRACA ÇIXARILIR Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan 2 mənzili 5-ci dəfə 50 faiz endirimlə açıq hərrac vasitəsilə satışa çıxarılacaq.Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 61 kvadratmetr və Bakı şəhəri, Yasamal rayonundakı 370 kvadratmetr sahəsi olan […]

2 dəq oxu
ELMAR VƏLİYEVƏ MƏXSUS OLDUĞU BİLDİRİLƏN BAZAR SATIŞA ÇIXARILDIİLK HƏRRAC QİYMƏTİ 15,64 MİLYON MANAT
Region

ELMAR VƏLİYEVƏ MƏXSUS OLDUĞU BİLDİRİLƏN BAZAR SATIŞA ÇIXARILDIİLK HƏRRAC QİYMƏTİ 15,64 MİLYON MANAT

Gəncədə fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarılıb.“Qafqazinfob” xəbər verir ki, obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir.Avqustun 11-də baş tutacaq ilk hərracda bazarın minimum satış qiyməti 15,640,000 AZN-dir.Bazarın Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir.Xatırladaq ki, bundan əvvəl Elmar Vəliyevə məxsus 20 hektar ərazidə yerləşən “Grand Qafqaz […]

2 dəq oxu