Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,21$6,92%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

ABB 100 milyon manatlıq istiqraz buraxır

Biznes TV1 dəq oxu
Paylaş
ABB 100 milyon manatlıq istiqraz buraxır
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) “Bakı Fond Birjası” QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.

Biznes TV bu barədə bankın qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Azərbaycan Beynəlxalq Bankı (ABB) nominal dəyəri 100 manat olan 1 milyon ədəd, illik 11% gəlirlilikli faizli, təminatsız istiqrazlar buraxacaq. İstiqrazların tədavül müddəti 24 ay təşkil edir və faizlər hər 3 aydan bir ödənilir. İstiqrazların nominal dəyəri sonuncu faiz ödənişi ilə birlikdə ödəniləcəkdir.

Emissiya ilə ABB fond bazarından 100 milyon manat cəlb etməyi hədəfləyir. Bu addım bankın resurs bazasının diversifikasiyası, uzunmüddətli maliyyələşmənin təminatı və qiymətli kağızlar bazarının inkişafına töhfə vermək məqsədi daşıyır. Əldə edilən vəsait strateji hədəflərin həyata keçirilməsinə, bazar payının artırılmasına və regionlarda iqtisadi rifahın yüksəldilməsinə yönəldiləcək.