Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97760,00%Brent101,28$3,43%Qızıl7.448,800,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Siyasət

ABŞ-DƏN 20 MİLYARD DOLLARLIQ SAZİŞ TƏKLİFİ

Biznes TV2 dəq oxu
Paylaş
ABŞ-DƏN 20 MİLYARD DOLLARLIQ SAZİŞ TƏKLİFİ

ABŞ-DƏN 20 MİLYARD DOLLARLIQ SAZİŞ TƏKLİFİ İRAN ZƏNGİNLƏŞDİRİLMİŞ URAN EHTİYATLARINDAN İMTİNA EDƏCƏKMİ?

ABŞ zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq imkanını nəzərdən keçirir. Məlumata görə, Vaşinqton və Tehran gərginliyin azaldılmasına dair üç səhifəlik planı müzakirə edirlər. Planın əsas bəndi İranın dondurulmuş 20 milyard dollar vəsaitinin blokdan çıxarılmasıdır. Bunun müqabilində Tehran zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməlidir.

Prezident Donald Tramp ABŞ və İran nümayəndə heyətlərinin qarşıdakı həftəsonu saziş bağlamaq üçün danışıqlar aparacağını açıqlayıb. Görüşün Pakistanın İslamabad şəhərində, aprelin 19-da keçiriləcəyi gözlənilir. Danışıqlarda Türkiyə və Misirin dəstəyi ilə Pakistan vasitəçi rolunu oynayır.Danışıqların əvvəlində Vaşinqton Tehrana ərzaq, dərman və digər humanitar malların alınması üçün altı milyard dollar ayırmağa hazır idi. İran tərəfi 27 milyard dollar tələb edirdi. Hazırda 20 milyard dollarlıq məbləğ müzakirə olunur.

Kompromis variantına əsasən, zənginləşdirilmiş uranın bir hissəsi üçüncü ölkəyə göndəriləcək, qalan hissəsində isə İran tərəfi zənginləşdirmə səviyyəsini aşağı salacaq.

Son danışıqlar zamanı amerikalılar iranlılardan 20 illik qadağaya razı olmağı tələb edib. Onlar isə beş illik müddət təklif edib. Tehrana tibbi izotopların istehsalı üçün nüvə tədqiqat reaktorlarına sahib olmağa icazə veriləcək, lakin bütün nüvə obyektləri yerüstü olmalıdır. Mövcud yeraltı obyektlər isə konservasiya ediləcək.

abşpulqlobalsiyasixəbərlər

Oxşar materiallar

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ
Siyasət

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQTRAMP İRANIN BLOKADASININ BƏRPA OLUNDUĞUNU ELAN EDIB Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. Bildirib ki, Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz “İran blokadası”nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və […]

2 dəq oxu
AZƏRBAYCAN-ABŞ İQTİSADI ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİLİB
Siyasət

AZƏRBAYCAN-ABŞ İQTİSADI ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİLİB

AZƏRBAYCAN-ABŞ İQTİSADI ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİLİBİQTİSADİYYAT NAZİRİ STİV DEYNSİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDÜ İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.Görüşdə Azərbaycanla ABŞ arasında ticarət və investisiyaların təşviqi, enerji, […]

1 dəq oxu
NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ
Siyasət

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİQIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil […]

2 dəq oxu
RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR
Siyasət

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİRVƏZİYYƏTDƏN SUİ-İSTİFADƏ ETMƏK İSTƏYƏNLƏRƏ XƏBƏRDARLIQ EDİLDİ Rusiya bazarında yanacaq çatışmazlığı var. Bu ölkənin Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur. Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini deyib. Bildirib ki, Rusiyanın kifayət qədər […]

1 dəq oxu