Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,52$2,89%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Siyasət

ABŞ ŞİRKƏTLƏRİ 8 MİLYARD DOLLAR YATIRACAQ

Biznes TV2 dəq oxu
Paylaş
ABŞ ŞİRKƏTLƏRİ 8 MİLYARD DOLLAR YATIRACAQ

ABŞ ŞİRKƏTLƏRİ 8 MİLYARD DOLLAR YATIRACAQ AMERİKA ENERJİ NƏHƏNGLƏRİ AZƏRBAYCANA GƏLİR

Bakıda ABŞ nümayəndə heyəti ilə Azərbaycan tərəfi arasında keçirilən görüş və kommersiya müqavilələrinin imzalanmasından sonra Amerika şirkətlərinin Azərbaycana 8 milyard dollar həcmində sərmayə yatıracağı açıqlanıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İnvestisiyaların əsasən enerji sektoruna yönələcəyi bildirilir.ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orr bildirib ki, ölkəsi Azərbaycanın Orta Dəhlizdə mühüm enerji qovşağına çevrilməsini dəstəkləyəcək. O qeyd edib ki, əməkdaşlıq enerji ilə yanaşı, logistika və nəqliyyat sahələrinin inkişafına da töhfə verəcək.İnvestisiya layihələrində Amerikanın enerji şirkətləri olan Chevron və ExxonMobil də iştirak edəcək. Hələlik şirkətlərin hər birinin nə qədər vəsait yatıracağı açıqlanmayıb. Bildirilir ki, Chevron Bakı Enerji Həftəsi çərçivəsində yeni neft və qaz yataqlarının kəşfiyyatı ilə bağlı müqavilə imzalayıb. ExxonMobil isə 2025-ci ildə Azərbaycanda yeni yataqların araşdırılması üçün memorandum bağlayıb. Qeyd edək ki, ikitərəfli iqtisadi dialoq bu ilin fevral ayında ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalandığı bildirilən Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində aparılır.

abşiqtisadiyyatpulqlobalsiyasixəbərlər

Oxşar materiallar

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ
Siyasət

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQTRAMP İRANIN BLOKADASININ BƏRPA OLUNDUĞUNU ELAN EDIB Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. Bildirib ki, Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz “İran blokadası”nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və […]

2 dəq oxu
NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ
Siyasət

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİQIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil […]

2 dəq oxu
RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR
Siyasət

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİRVƏZİYYƏTDƏN SUİ-İSTİFADƏ ETMƏK İSTƏYƏNLƏRƏ XƏBƏRDARLIQ EDİLDİ Rusiya bazarında yanacaq çatışmazlığı var. Bu ölkənin Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur. Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini deyib. Bildirib ki, Rusiyanın kifayət qədər […]

1 dəq oxu
AZƏRBAYCANIN DÖVLƏT BORCU AZALIB
Siyasət

AZƏRBAYCANIN DÖVLƏT BORCU AZALIB

AZƏRBAYCANIN DÖVLƏT BORCU AZALIBÖLKƏNİN STRATEJİ VALYUTA EHTİYATLARI 85.769 MİLYARD ABŞ DOLLARINA 2026-cı il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4,62 milyard ABŞ dollarına bərabər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə bu, 2025-ci illə müqayisədə 7.9% azdır. Təkcə iyunda ölkənin xarici dövlət borcu 25,6 milyon ABŞ dolları azalıb. Bununla yanaşı qeyd olunur ki, 2026-cı il iyulun […]

1 dəq oxu