Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,49$1,99%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxlayıb

Biznes TV1 dəq oxu
Paylaş
ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxlayıb
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya subregionu üçün 2024-cü il üçün inflyasiya proqnozunu sentyabr proqnozu ilə müqayisədə 6.9%-dən 6.8%-ə endirib.

“APA-Economics” bu barədə ADB-yə istinadən xəbər verir. Bank 2025-ci il üçün regionun inflyasiya proqnozunu isə 6.2% olaraq saxlayıb.

Qeyd edilib ki, inflyasiya proqnozunun azaldılması Ermənistan, Gürcüstan, Qırğız Respublikası və Tacikistanda aşağı inflyasiyanı əks etdirir.

“Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üçün inflyasiya proqnozlarında dəyişiklik yoxdur” – ADB əlavə edib.

Qeyd edək ki, ADB bu ilin sentyabr ayında Azərbaycanda orta illik inflyasiya tempinin 2024-cü il üçün 2,1 %, 2025-ci il üçün isə 3,8 % səviyyəsində proqnozlaşdırıb.