Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,12$2,33%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Enerji

AĞ EVDƏ 1 TRİLYONLUQ GÖRÜŞ

Biznes TV2 dəq oxu
Paylaş
AĞ EVDƏ 1 TRİLYONLUQ GÖRÜŞ
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

AĞ EVDƏ 1 TRİLYONLUQ GÖRÜŞ ABŞ İLK DƏFƏ SƏUDİYYƏYƏ F-35 QIRICILARI SATACAQ

Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatına nəzərdə tutduğu investisiyaları 600 milyard dollardan 1 trilyon dollara qədər yüksəldəcək. Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında keçirilən görüşdə belə bir açıqlama verilib. Tərəflər müdafiə sənayesi, enerji, texnologiya və yüksək dəyərli xammal sahələrini əhatə edən genişmiqyaslı paket üzrə razılıq əldə ediblər. Tramp görüşdən sonra Səudiyyə Ərəbistanını rəsmi şəkildə “NATO üzvü olmayan mühüm müttəfiq” elan etdiklərini açıqlayıb.Ağ Evin məlumatına görə, Tramp Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satılmasına və təxminən 300 tankın təhvil verilməsinə razılıq verib. Bu, ABŞ-nin İsrail istisna olmaqla, bölgədə ilk dəfə F-35 satışı olacaq. Tramp tərəfdaşlığı “hər iki ölkə üçün tarixi iqtisadi imkan” kimi dəyərləndirərək, Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına böyükmiqyaslı sərmayələrinə görə təşəkkür edib.

Oxşar materiallar

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDU
Enerji

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDU

20 MANATLIQ DÖVLƏT RÜSUMU LƏĞV OLUNDUQANUNVERİCİLİYƏ MÜVAFİQ DƏYİŞİKLİK EDİLİB Qaz qurğularının xəritələrindən istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv ediləcək. Bu, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb. Belə ki, yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilən 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə […]

1 dəq oxu
SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIR
Enerji

SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIR

SAHİBKARLARIN GÖZLƏDİYİ DƏYİŞİKLİK REALLAŞIRYENİ QAYDA 2027-Cİ İL YANVARIN 1-DƏN 4 İL MÜDDƏTİNƏ QÜVVƏDƏ OLACAQ Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradılacaq. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə […]

1 dəq oxu
QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏR
Enerji

QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏR

QAZ ÇƏKDİRMƏK İSTƏYƏNLƏRƏ VACİB XƏBƏRYENİ QAYDALAR TƏSDİQLƏNDİ Nazirlər Kabineti “Qazdan istifadə Qaydaları”nı təsdiqləyib. Yeni qaydalar qaz təchizatı, müqavilələrin bağlanması və müraciət prosedurlarını tənzimləyir.Qərara əsasən, vətəndaşlar tikinti obyektinin qazlaşdırılması üçün qaz satıcısı ilə qazın alqı-satqısı müqaviləsini “ASAN Kommunal” mərkəzləri vasitəsilə rəsmiləşdirəcəklər.Lakin “ASAN Kommunal” mərkəzləri hələ fəaliyyət göstərməyən rayon və şəhərlərdə bu xidmət həmin mərkəzlər yaradılanadək “ASAN […]

1 dəq oxu