Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent105,20$3,94%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

Azad edilmiş ərazilərdə ən yüksək əməkhaqqı verilən şəhərlər – Siyahı

Biznes TV2 dəq oxu
Paylaş
Azad edilmiş ərazilərdə ən yüksək əməkhaqqı verilən şəhərlər – Siyahı
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

2024-cü ilin oktyabr ayının 1-nə işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı və orta aylıq əməkhaqları açıqlanıb.

Biznes TV xəbər verir ki, APA-nın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, işğaldan azad edilmiş ərazilərdə muzdla çalışan işçilərin sayı 49 min 951 nəfər təşkil edib.

Cari ilin 1 oktyabr tarixinə bu ərazilərdə ən çox muzdla çalışan işçilərin sayı Ağdamda (12 766 nəfər) və Füzulidə (9 406 nəfər) olub.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ən yüksək əməkhaqqı Xankəndi və Ağdərədə qeydə alınıb. Belə ki, hesabat dövründə Xankəndidə ortaaylıq nominal əməkhaqqı 1 771.4 manat, Ağdərədə isə 926.2 manat təşkil edib.

Aşağıdakı cədvəldə azad edilmiş ərazilərdə cari ilin 1 oktyabr tarixinə muzdlu işçilərin sayı və ortaaylıq əməkhaqqı məbləği verilib:

Ərazilər üzrə muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı:

Ümumi statistika:

2024-cü ilin oktyabr ayına Azərbaycanda muzdla çalışan işçilərin ümumi sayı 1 milyon 768,3 min nəfər, orta aylıq nominal əməkhaqqı isə 993 manat olub.