Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,12$6,83%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

“AZƏRBAYCAN DƏMİR YOLLARI”NIN ZƏRƏRİ 18 DƏFƏ ARTIB

Biznes TV2 dəq oxu
Paylaş
“AZƏRBAYCAN DƏMİR YOLLARI”NIN ZƏRƏRİ 18 DƏFƏ ARTIB

“AZƏRBAYCAN DƏMİR YOLLARI”NIN ZƏRƏRİ 18 DƏFƏ ARTIB QURUM MALİYYƏ GÖSTƏRİCILƏRİNİ AÇIQLADI

Azərbaycanın ən böyük dövlət şirkətlərindən olan «Azərbaycan Dəmir Yolları» QSC 2024-cü ilin maliyyə göstəricilərinin bir hissəsini açıqlayıb. Məlum olub ki,qurumun 2024-cü ildə xalis zərəri 1 milyard 819 milyon manat təşkil edib və bu göstərici 2023-cü illə müqayisədə 18 dəfə artıb. Şirkətin 2024-cü il üzrə ümumi gəlirləri 614 milyon manat olub və əvvəlki illə müqayisədə artım cəmi 12 milyon manat təşkil edib.Gəlirlərin əsas hissəsi 483 milyon manatla yük daşımalarının payına düşüb, sərnişin daşımalarından isə cəmi 11,7 milyon manat gəlir əldə olunub.2024-cü ildə ADY-nin əməliyyat xərcləri kəskin artaraq 2 milyard 464 milyon manata yüksəlib.Xərclərin əsas səbəbi 1 milyard 728 milyon manat həcmində aktivlərin dəyərsizləşməsi olub.İlin sonuna şirkətin yığılmış ümumi zərəri 6 milyard 263 milyon manata çatıb.Son bir ildə ADY-nin aktivləri 25 faiz azalaraq 4 milyard 464 milyon manata düşüb.Şirkətin pul vəsaitləri 2 dəfədən çox azalaraq 200 milyon manat təşkil edib.2024-cü ildə dövlət tərəfindən ADY-yə 1 milyard 865 milyon manat investisiya yatırılıb. Ümumilikdə indiyədək dövlətin ADY-yə yatırdığı vəsait 8,6 milyard manata çatıb.2025-ci ilin ilk 9 ayında da şirkət zərərlə işləməyə davam edib və zərər təxminən 60 milyon manat olub.

iqtisadiyyatxəbərlərzərər

Oxşar materiallar

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
İqtisadiyyat

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dəq oxu
ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI
İqtisadiyyat

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDIAQRAR SEKTORDA ƏN AZ MUZDLU İŞÇİ VAR Bu iyunun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən il iyunun 1-i ilə müqayisədə 1,2 % çox – 1 milyon 790,6 min nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə onlardan 859,9 min nəfəri dövlət, 930,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib. Muzdla çalışan işçilərin […]

1 dəq oxu
TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER
İqtisadiyyat

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDERMƏKTƏBLƏRDƏ TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANILIR Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın məlumatına görə, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir. Satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və […]

1 dəq oxu
QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI
İqtisadiyyat

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI2025-Cİ İLLƏ MÜQAYİSƏDƏ 16.9% ARTIM QEYDƏ ALINIB 2026-cı ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl istisna olmaqla Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə təkcə iyunda ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin […]

2 dəq oxu