Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97760,00%Brent100,67$2,81%Qızıl7.448,800,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

Azərbaycan neçə ölkəyə qaz satır?

Biznes TV1 dəq oxu
Paylaş
Azərbaycan neçə ölkəyə qaz satır?
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Azərbaycan qaz ixracını genişləndirir

Hazırda Azərbaycan 30-a yaxın ölkəyə neft ixrac edir, dekabr ayından isə qazla təchiz olunan ölkələrin sayı 12-yə çatacaq.

Biznes TV Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov I İstanbul Enerji Forumu çərçivəsində “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında bildirib.

Nazir bildirib ki, artan enerji tələbatını qarşılamaq, iqlim dəyişikliyi ilə mübarizə aparmaq və enerji təhlükəsizliyini gücləndirmək üçün bərpa olunan enerji ilə enerji əməkdaşlığının genişləndirilməsi əsas prioritetlərdəndir. Regional və beynəlxalq enerji əməkdaşlığı bu çağırışların həllində mühüm rol oynayır.