AZƏRBAYCAN VƏ GÜRCÜSTAN ARASINDA TİCARƏT DÖVRİYYƏSİ 44% ARTDIR

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 668 milyon 531 min ABŞ dollarıtəşkil edib."Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 203 milyon 694 min ABŞ dolları və ya 44faiz çoxdur.Son 1 ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 50,8 % artaraq 576 milyon 713 min ABŞ dolları, idxalının dəyəri isə 11,5 % artaraq 91 milyon 818 min ABŞ dolları olub.Hesabat dövründə Gürcüstan ilə ticarət ümumi dövriyyənin 2,2 %-i qədər olub.Qeyd efək ki,2026-cı ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.





