Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent103,73$3,62%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Bank və maliyyə

AZƏRBAYCANDA EVLƏRİN SIĞORTA MƏBLƏĞİ ARTIRILIR

Biznes TV2 dəq oxu
Paylaş
AZƏRBAYCANDA EVLƏRİN SIĞORTA MƏBLƏĞİ ARTIRILIR

MƏNZİL SAHİBLƏRİNƏ XOŞ XƏBƏR AZƏRBAYCANDA EVLƏRİN SIĞORTA MƏBLƏĞİ ARTIRILIR

Azərbaycanda daşınmaz əmlakların 8-10 %-i sığortalıdır. Görülən tədbirlərə baxmayaraq, sığortalama səviyyəsini kəskin artırmaq hələ ki, mümkün olmayıb.”Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov ATV-nin “İqtisadi zona” verilişinin efirində bildirib.

Onun sözlərinə görə,daşınmaz əmlakın sığortasına marağın az olmasında bu sahədə risklərin yüksək olmaması böyük rol oynayır.Vüsal Qurbanov

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı mühüm dəyişikliklərin olacağını da bildirib.Yeniliklərə əsasən, mənzil və evlər üzrə sığorta məbləğləri artırılacaq, kompensasiya hesablanması isə daha ədalətli prinsiplərlə aparılacaq.Onun sözlərinə görə

hazırda sığorta məbləğləri əmlakın yerləşdiyi əraziyə görə müəyyən edilir və bu da bir çox hallarda real bazar dəyərindən xeyli aşağı qalır. Məsələn, dəyəri 50 min manat olan mənzil üçün Bakıda sığorta şirkətinin maksimum öhdəliyi cəmi 25 min manat təşkil edir.Yeni dəyişikliklərə əsasən isə mənzilin və ya yaşayış sahəsinin dəyəri artıq yerləşdiyi əraziyə görə deyil, 1 kvadratmetrin bazar qiyməti əsasında hesablanacaq. Bu isə o deməkdir ki, vətəndaşların əmlakı real dəyərinə daha yaxın məbləğdə sığortalanacaq.Bu addım sığortaçıların öhdəlik limitlərini artırmaqla yanaşı, əmlak sahiblərinin mümkün zərərlər zamanı daha yüksək kompensasiya almasına şərait yaradacaq.

evsığortaxəbərlər

Oxşar materiallar

XARİCİ İNVESTORLAR ÜÇÜN MÜHÜM DƏYİŞİKLİK
Bank və maliyyə

XARİCİ İNVESTORLAR ÜÇÜN MÜHÜM DƏYİŞİKLİK

XARİCİ İNVESTORLAR ÜÇÜN MÜHÜM DƏYİŞİKLİK“VALYUTA TƏNZİMİ HAQQINDA” QANUNA DƏYİŞİKLİK EDİLDİ Qeyri-rezidentlərin Azərbaycana qoyduqları investisiyalardan əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranan əlavə dəyərin repatriasiyasına məbləğ məhdudiyyəti tətbiq edilməyəcək. “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən köçürmə zamanı vəsaitin əvvəllər Azərbaycana gətirilməsini təsdiq edən ilkin gömrük bəyannaməsi və ya bank çıxarışının təqdim […]

1 dəq oxu
MALİYYƏ NAZİRLİYİ 8 AYLIQ SÜKUTU POZDU
Bank və maliyyə

MALİYYƏ NAZİRLİYİ 8 AYLIQ SÜKUTU POZDU

MALİYYƏ NAZİRLİYİ 8 AYLIQ SÜKUTU POZDUDÖRD BANKA 73 MİLYON MANAT YERLƏŞDİRİLİB Maliyyə Nazirliyi 8 aylıq fasilədən sonra depozit hərraclarını yenidən bərpa edib. Nazirlikdən verilən məlumata görə dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracı təşkil edilib. Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 73 […]

1 dəq oxu
EMİN AĞALAROV HANSI ŞİRKƏTLƏRDƏN NƏ QƏDƏR QAZANIR?
Bank və maliyyə

EMİN AĞALAROV HANSI ŞİRKƏTLƏRDƏN NƏ QƏDƏR QAZANIR?

EMİN AĞALAROV HANSI ŞİRKƏTLƏRDƏN NƏ QƏDƏR QAZANIR?RUSİYADAKI 56 ŞİRKƏTİN GƏLİRLƏRİ AÇIQLANDI Azərbaycanın Xalq artisti və iş adamı Emin Ağalarovun Rusiyada təsisçi kimi pay sahibi olduğu şirkətlərin 2025-ci il üzrə maliyyə göstəriciləri məlum olub. Yeniavaz.com-un Rusiyanın rəsmi qurumlarına istinadən yaydığı məlumata görə, hazırda Emin Ağalarovun Rusiyada 56 şirkətdə payı var. Bu şirkətlərin 2025-ci ildə əldə etdiyi […]

2 dəq oxu
FAİZSİZ BANKÇILIQLA BAĞLI YENİ AÇIQLAMA
Bank və maliyyə

FAİZSİZ BANKÇILIQLA BAĞLI YENİ AÇIQLAMA

FAİZSİZ BANKÇILIQLA BAĞLI YENİ AÇIQLAMABOKT-LAR YALNIZ ÜÇ İSLAM MALİYYƏSİ MƏHSULU TƏQDİM EDƏCƏK Azərbaycan Mərkəzi Bankı ölkədə islam bankçılığı sisteminin tətbiqi ilə bağlı hazırlıq işlərini davam etdirir. Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadənin sözlərinə görə, bunun üçün bir sıra qanunlara dəyişiklik layihələri hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim olunub.İlk mərhələdə sistem “islam pəncərəsi” modeli ilə fəaliyyət göstərəcək. […]

2 dəq oxu