Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent106,10$1,42%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

Azərbaycanın valyuta hərraclarındakı satış 2 dəfədən çox artıb

Biznes TV1 dəq oxu
Paylaş
Azərbaycanın valyuta hərraclarındakı satış 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 5 milyard 074,2 milyon ABŞ dolları məbləğində satış olub.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 649,1 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 43,6 % çoxdur.