Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97760,00%Brent100,67$2,81%Qızıl7.448,800,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Bank və maliyyə

Bakıdan”1,3 trilyon dollarlıq bəyanat”

Biznes TV2 dəq oxu
Paylaş
Bakıdan”1,3 trilyon dollarlıq bəyanat”
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Azərbaycan ildə minimum 250 milyard dollar həcmində iqlim maliyyələşməsi təklif edir.

Bakıda keçirilən COP29 konfransı çərçivəsində, Azərbaycan ildə minimum 250 milyard dollar həcmində iqlim maliyyələşməsi təklifini irəli sürüb. COP29 Sədrliyinin yaydığı bəyanatda iqlim maliyyəsi üçün hədəflərin geniş müzakirə edildiyi və tərəflərlə razılaşdırılmağa çalışıldığı qeyd olunur.

COP29 Sədrliyinin bəyanatında bildirilir:

“2035-ci ilə qədər ictimai və özəl mənbələrdən ən azı 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyələşməsi məqsədi müəyyənləşdirilib. Bununla yanaşı, inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələr üçün iqlim fəaliyyətinə ayrılan vəsaitin 100 milyard dollardan 250 milyard dollara çatdırılması nəzərdə tutulur. Bu təkliflə bağlı məsləhətləşmələr davam edir və qalan məsələlər üzərində razılığa gəlmək üçün tərəflərlə sıx işləməyə hazırıq.”

COP29 çərçivəsində yayımlanan sənəd, tərəfləri daha yüksək ambisiyalı və inklüziv nəticələr əldə etmək üçün birgə fəaliyyətə dəvət edir.

Oxşar materiallar

“SPACE TV”NİN BANK HESABLARINA HƏBS QOYULDU İŞÇİLƏRİN MAAŞLARI NECƏ ÖDƏNİLƏCƏK?
Bank və maliyyə

“SPACE TV”NİN BANK HESABLARINA HƏBS QOYULDU İŞÇİLƏRİN MAAŞLARI NECƏ ÖDƏNİLƏCƏK?

“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulub. “Qaynarinfo” xəbər verir ki, Bakı Kommersiya Məhkəməsi “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsini qismən təmin edib.İş materiallarına əsasən, 2021-ci ildə “Space TV”yə “Xalq Bank” tərəfindən illik 5 faizlə 60 ay müddətinə 235 min ABŞ […]

2 dəq oxu
HESABLAMA PALATASI 160 MİLYON MANATLIQ NÖQSAN AŞKARLADI14,8 MİLYON MANATLIQ MATERİAL HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA GÖNDƏRİLDİ
Bank və maliyyə

HESABLAMA PALATASI 160 MİLYON MANATLIQ NÖQSAN AŞKARLADI14,8 MİLYON MANATLIQ MATERİAL HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA GÖNDƏRİLDİ

2026-cı ilin yanvar-iyun aylarında Hesablama Palatasının keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri zamanı ümumilikdə 160,3 milyonmanat məbləğində nöqsan aşkarlanıb. Qurumun açıqladığı altı aylıq fəaliyyət nəticələrinə görə, aşkar edilən nöqsanların 35 milyon manatı üzrə bərpa barədə qərar qəbul edilib, 14,8 milyon manatlıq material hüquq-mühafizə orqanlarına göndərilib. Digər nöqsanların məbləği isə 110,5 milyon manat təşkil edib.Nəzarət tədbirləri təhsil, […]

1 dəq oxu
BİR QRUP VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİKƏND TƏSƏRRÜFATI ÜÇÜN GÖTÜRÜLƏN 100 MİLYON MANAT HARA GEDİB?
Bank və maliyyə

BİR QRUP VƏZİFƏLİ ŞƏXS HƏBS EDİLDİKƏND TƏSƏRRÜFATI ÜÇÜN GÖTÜRÜLƏN 100 MİLYON MANAT HARA GEDİB?

Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus bank olmayan kredit təşkilatı- “Aqrarkredit”QSC-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb.“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, qanun pozuntusu ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin […]

2 dəq oxu