Biznesə və istehlaka dəstək: Bir ayda iqtisadiyyata yönələn kreditlər artıb

2026-cı il avqustun 1-nə Azərbaycanda iqtisadiyyata 34,2 milyard manat kredit verilib.Fins az xəbər verir ki, Kreditlərin həcmi bir ay ərzində 274 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,9 milyard manat artıb.Kreditlərin 23,6 milyard manatı özəl bankların, 8,5 milyard manatı dövlət banklarının, 2,1 milyard manatı isə bank olmayan kredit təşkilatlarının payına düşüb.Ümumi kredit qoyuluşunda özəl bankların payı 69,1%, dövlət banklarının 24,9%, qeyri-bank kredit təşkilatlarının payı isə 6% olub.





