Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,95$7,65%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

“CHEVROLET COBALT” AZƏRBAYCANDA İSTEHSAL OLUNACAQ

Biznes TV2 dəq oxu
Paylaş
“CHEVROLET COBALT” AZƏRBAYCANDA İSTEHSAL OLUNACAQ

“CHEVROLET COBALT” AZƏRBAYCANDA İSTEHSAL OLUNACAQ 84 MİLYON DOLLARLIQ ZAVODUN TİKİNTİSİNƏ START VERİLDİ

Özbəkistan Azərbaycanda tam istehsal dövriyyəsinə malik avtomobil zavodunun tikintisinə başlayır.Report xəbər verir ki,

bu barədə Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev bildirib.

Ümumi dəyəri 84.3 milyon ABŞ dolları olan bu layihəni “Azermash CP” və “Uzavtosanoat” SC şirkətləri həyata keçirir.

Artıq əsas hazırlıq işləri başa çatdırılıb və yeni istehsal kompleksində, xüsusən də, “Chevrolet Cobalt” modelinin istehsalı təşkil olunacaq.

Müəssisənin 2027-ci ilin ortalarında istismara verilməsi planlaşdırılır.Nazir müavinin sözlərinə görə, Hacıqabuldakı avtomobil istehsalı layihəsi Özbəkistan və Azərbaycan arasında sənaye əməkdaşlığının ən uğurlu nümunələrindən biridir.”2022-ci ildə “Chevrolet” avtomobillərinin və “Isuzu” avtobuslarının iriqovşaqlı yığımına başlanılması bu əməkdaşlığın yüksək potensialını təsdiqləyib və layihənin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.

Hazırda layihənin növbəti mərhələsinə – tam istehsal dövriyyəsinə malik zavodun tikintisinə start verilir.

Qeyd edək ki, bu günədək Hacıqabulda fəaliyyət göstərən müəssisədə doqquz mindən çox avtomobil yığılıb.

iqtisadiyyatxəbərlər

Oxşar materiallar

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
İqtisadiyyat

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dəq oxu
ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI
İqtisadiyyat

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDIAQRAR SEKTORDA ƏN AZ MUZDLU İŞÇİ VAR Bu iyunun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən il iyunun 1-i ilə müqayisədə 1,2 % çox – 1 milyon 790,6 min nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə onlardan 859,9 min nəfəri dövlət, 930,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib. Muzdla çalışan işçilərin […]

1 dəq oxu
TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER
İqtisadiyyat

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDERMƏKTƏBLƏRDƏ TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANILIR Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın məlumatına görə, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir. Satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və […]

1 dəq oxu
QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI
İqtisadiyyat

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI2025-Cİ İLLƏ MÜQAYİSƏDƏ 16.9% ARTIM QEYDƏ ALINIB 2026-cı ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl istisna olmaqla Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə təkcə iyunda ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin […]

2 dəq oxu