Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,38$2,09%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

COP29 İştirakçısı: Dubaydakı COP28 ilə Bakıdakı COP29 arasında tam fərq var

Biznes TV1 dəq oxu
Paylaş
COP29 İştirakçısı: Dubaydakı COP28 ilə Bakıdakı COP29 arasında tam fərq var
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Kapitan Paul Vatson Fondunun nümayəndəsi Elissa Filips, AZƏRTAC-a verdiyi müsahibədə Bakıdakı COP29 tədbiri haqqında fikirlərini bölüşüb. Filips bildirib ki, Xəzər dənizində nəsli kəsilməkdə olan heyvanların, o cümlədən suitilərin qorunmasına dair Azərbaycan Prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə söhbət edib və onun su heyvanlarının müdafiəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Elissa Filips COP29-un təşkilindən məmnunluğunu ifadə edərək, tədbirin proqram və interaktiv xəritə ilə rahat idarə olunduğunu vurğulayıb. “Bu cür tədbirlər bizim kimi təşkilatlar üçün böyük köməkdir,” deyən Filips, keçən il Dubayda keçirilən COP28 ilə Bakıdakı COP29-un tamamilə fərqli olduğunu qeyd edib.