DƏNİZKƏNARI BULVAR İDARƏSİNİN GƏLİRLƏRİ ARTDINIZ — İŞÇİLƏRƏ 16 MİLYON MANATDAN ÇOX XƏRCLƏNİB

“Dənizkənarı Bulvar İdarəsi” PHŞ 2025-ci ili 3 milyon 704,2 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 494,8 min manat və ya 15,4% çoxdur.İdarənin 2025-ci ildə əsas və digər əməliyyat gəlirləri ümumilikdə 27,9 milyon manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 23,3% artıb.Hesabat dövründə işçi heyəti üzrə xərclər 16,2 milyon manat olub. İdarənin ümumi aktivləri isə 206,3 milyon manat təşkil edib.İdarənin öhdəlikləri il ərzində 50,2% azalaraq 12,1 milyon manata düşüb. Kapitalı isə 194,2 milyon manata çatıb.Qeyd edək ki, Prezidentin yeni fərmanına əsasən, “Dənizkənarı Bulvar İdarəsi” “Dənizkənarı Bulvar” QSC olaraq fəaliyyətini davam etdirəcək.





