Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,96610,00%Brent107,39$2,66%Qızıl7.360,300,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

Donald Trampın təsviri olan sikkələr satışa çıxarıldı

Biznes TV1 dəq oxu
Paylaş
Donald Trampın təsviri olan sikkələr satışa çıxarıldı

ABŞ Zərbxanası Prezident Donald Trampın təsvir olunduğu 1 dollarlıq xatirə sikkələri buraxıb. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ Zərbxanasının rəsmi saytında yayımlanıb. Sikkələr 2026-cı ildə ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə Filadelfiya şəhərində zərb edilib.Sikkələri 25 və ya 100 ədəd olmaqla almaq mümkündür. 100 sikkədən ibarət dəstin qiyməti 154 dollardır.Sikkənin ön hissəsində Donald Trampın təsviri, həmçinin “Liberty”, “In God We Trust” və “1776–2026” yazıları yer alır.Arxa hissədə isə ABŞ prezidentinin möhürü – zeytun budağı və oxlar tutan qartal təsvir olunub. Qalxanın üzərində ölkənin müstəqilliyinin 250 illiyinə həsr olunan “250” rəqəmi yerləşdirilib.Sikkələrin üzərində “United States of America”, “One Dollar” və “E Pluribus Unum” yazıları da var.Zərbxananın məlumatına görə, xatirə seriyasına 4 iyul – ABŞ-nin Müstəqillik Günündə zərb edilən 250 min sikkə də daxildir.

biznessonxəbəriqtisadiyyatpul