Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,95$7,65%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Siyasət

DÜNYANIN DİQQƏTİ İSLAMABADDA

Biznes TV2 dəq oxu
Paylaş
DÜNYANIN DİQQƏTİ İSLAMABADDA

DÜNYANIN DİQQƏTİ İSLAMABADDA ABŞ VƏ İRAN ARASINDA HƏLLEDİCİ DANIŞIQLAR BAŞLADI

Dünyanın diqqəti Pakistanın paytaxtı İslamabada yönəlib. ABŞ və İran arasında həlledici danışıqlar başlayıb. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti artıq Pakistanın paytaxtındadır. Heyətə xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian olmaqla ümumlikdə 80-dən çox şəxs daxildir. ABŞ nümayəndə heyəti də İslamabada gedib. ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin rəhbərlik etdiyi heyətə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner daxildir. Qeyd edək ki, danışıqlardan əvvəl tərəflər arasında “ilkin şərtlər” savaşı başlayıb.İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ razılaşdırılmış iki mühüm bəndi – Livanda atəşkəsi və İranın dondurulmuş aktivlərinin blokdan çıxarılmasını hələ də yerinə yetirməyib. Qalibafın sözlərinə görə, bu şərtlər icra olunmadan rəsmi müzakirələrin başlanması sual altındadır.

abşiranpakistanqlobalsiyasixəbərlər

Oxşar materiallar

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ
Siyasət

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQTRAMP İRANIN BLOKADASININ BƏRPA OLUNDUĞUNU ELAN EDIB Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. Bildirib ki, Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz “İran blokadası”nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və […]

2 dəq oxu
AZƏRBAYCAN-ABŞ İQTİSADI ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİLİB
Siyasət

AZƏRBAYCAN-ABŞ İQTİSADI ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİLİB

AZƏRBAYCAN-ABŞ İQTİSADI ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİLİBİQTİSADİYYAT NAZİRİ STİV DEYNSİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDÜ İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.Görüşdə Azərbaycanla ABŞ arasında ticarət və investisiyaların təşviqi, enerji, […]

1 dəq oxu
NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ
Siyasət

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİQIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil […]

2 dəq oxu
RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR
Siyasət

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİRVƏZİYYƏTDƏN SUİ-İSTİFADƏ ETMƏK İSTƏYƏNLƏRƏ XƏBƏRDARLIQ EDİLDİ Rusiya bazarında yanacaq çatışmazlığı var. Bu ölkənin Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur. Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini deyib. Bildirib ki, Rusiyanın kifayət qədər […]

1 dəq oxu