Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,52$2,89%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Siyasət

“DÜŞMƏN İRANA QARŞI MÜHARİBƏDƏ SARSIDICI MƏĞLUBİYYƏTƏ UĞRAYIB”

Biznes TV2 dəq oxu
Paylaş
“DÜŞMƏN İRANA QARŞI MÜHARİBƏDƏ SARSIDICI MƏĞLUBİYYƏTƏ UĞRAYIB”

“DÜŞMƏN İRANA QARŞI MÜHARİBƏDƏ SARSIDICI MƏĞLUBİYYƏTƏ UĞRAYIB” ALİ TƏHLÜKƏSİZLİK ŞURASI AĞ EVİN QƏBUL ETDİYİ ŞƏRTLƏRİ AÇIQLADI

İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb və Ağ Evin qəbul etdiyi şərtləri açıqlayıb.”Fars” Xəbər Agentliyi xəbər verir ki, bəyanatda ABŞ Prezidenti Donald Trampın Tehranın 10bəndlik təklifini qəbul etdiyi iddia olunur.”Düşmən İran xalqına qarşı apardığı müharibədə sarsıdıcı məğlubiyyətə uğrayıb, İslam Respublikası Amerikanı 10 maddəlik planını qəbul etməyə məcbur edib”, – deyə bəyanatda bildirilib.Təhlükəsizlik Şurası İranın Ağ Evə təkliflərini də açıqlayıb.Bildirilib ki,bu planda Amerika təcavüz etməməyə, İranın Hörmüz boğazı üzərindəki nəzarətinin davam etməsinə, uranın zənginləşdirilməsini qəbul etməyə, bütün sanksiyaların ləğvinə, BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə qəbul olunan bütün qətnamələrə son qoymağa, İrana dəymiş zərəri ödəməyə, ABŞ ordusunun bölgədən çıxarılmasına və bütün cəbhələrdə, o cümlədən Livanın islami müqavimətinə-“Hizbullah”a qarşı müharibəni dayandırmağa öhdəlik götürüb.Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb.Bu arada The Times of Israel nəşri Benyamin Netanyahunun açıqlamasına istinadən məlumat yayıb ki,mövcud razılaşma yalnız ABŞ–İran xəttinə aiddir və İsrailin Livan istiqamətində təhlükəsizlik tədbirlərinə heç bir məhdudiyyət qoymur.

abşiranmüharibəqlobalsiyasixəbərlər

Oxşar materiallar

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ
Siyasət

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQTRAMP İRANIN BLOKADASININ BƏRPA OLUNDUĞUNU ELAN EDIB Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. Bildirib ki, Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz “İran blokadası”nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və […]

2 dəq oxu
AZƏRBAYCAN-ABŞ İQTİSADI ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİLİB
Siyasət

AZƏRBAYCAN-ABŞ İQTİSADI ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİLİB

AZƏRBAYCAN-ABŞ İQTİSADI ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ EDİLİBİQTİSADİYYAT NAZİRİ STİV DEYNSİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDÜ İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.Görüşdə Azərbaycanla ABŞ arasında ticarət və investisiyaların təşviqi, enerji, […]

1 dəq oxu
NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ
Siyasət

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİQIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil […]

2 dəq oxu
RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR
Siyasət

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİRVƏZİYYƏTDƏN SUİ-İSTİFADƏ ETMƏK İSTƏYƏNLƏRƏ XƏBƏRDARLIQ EDİLDİ Rusiya bazarında yanacaq çatışmazlığı var. Bu ölkənin Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur. Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini deyib. Bildirib ki, Rusiyanın kifayət qədər […]

1 dəq oxu