FİTRƏ ZƏKATININ MİQDARI BİLİNDİ

FİTRƏ ZƏKATININ MİQDARI BİLİNDİ RAMAZAN AYININ BAŞLAMASI İLƏ BAĞLI FƏTVA VERİLDİ
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib. Bildirilib ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək. Ramazan bayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək. Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunur.





