Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent109,00$7,70%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Region

GÖMRÜK SAHƏSINDƏ YENİLİK

Biznes TV2 dəq oxu
Paylaş
GÖMRÜK SAHƏSINDƏ YENİLİK

GÖMRÜK SAHƏSINDƏ YENİLİK MALLARIN İKİPİLLƏLİ BURAXILIŞ MEXANİZMİ TƏTBİQ OLUNACAQ

Azərbaycanda gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsi məqsədilə yeni normativ hüquqi sənədlərin işlənib hazırlanması planlaşdırılır.”Report”un əldə etdiyi məlumata görə, saxlama məsrəflərinin minimuma endirilməsi və məhsulların istehlakçılara daha operativ şəkildə çatdırılmasını təmin etmək üçün malların ikipilləli buraxılış mexanizminə dair normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulub.Bu işlərin 2026-cı ilin dekabrın 1-nə qədər Dövlət Gömrük Komitəsi tərəfindən yerinə yetirilməsi planlaşdırılır.Bundan əlavə, gömrük məqsədləri baxımından beynəlxalq yükdaşımalar üzrə əvvəlcədən məlumatlandırma sisteminin yaradılması istiqamətində normativ hüquqi bazanın təkmilləşdirilməsi də gündəmdədir. Bu istiqamətdəki fəaliyyətlər Dövlət Gömrük Komitəsi ilə bərabər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən reallaşdırılacaq.Paralel olaraq, səlahiyyətli iqtisadi operator statusunun həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi akt layihələrinin hazırlanması da nəzərdə tutulub. Göstərilən bütün tədbirlərin ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.

gömrükxəbərlər

Oxşar materiallar

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏ
Region

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏ

SABİQ NAZİRİN MƏNZİLLƏRİNİ ALAN YOXDUR5-Cİ DƏFƏ 50% ENDİRİMLƏHƏRRACA ÇIXARILIR Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan 2 mənzili 5-ci dəfə 50 faiz endirimlə açıq hərrac vasitəsilə satışa çıxarılacaq.Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 61 kvadratmetr və Bakı şəhəri, Yasamal rayonundakı 370 kvadratmetr sahəsi olan […]

2 dəq oxu
ELMAR VƏLİYEVƏ MƏXSUS OLDUĞU BİLDİRİLƏN BAZAR SATIŞA ÇIXARILDIİLK HƏRRAC QİYMƏTİ 15,64 MİLYON MANAT
Region

ELMAR VƏLİYEVƏ MƏXSUS OLDUĞU BİLDİRİLƏN BAZAR SATIŞA ÇIXARILDIİLK HƏRRAC QİYMƏTİ 15,64 MİLYON MANAT

Gəncədə fəaliyyət göstərən “Gəncə Bazar Ticarət Mərkəzi” hərraca çıxarılıb.“Qafqazinfob” xəbər verir ki, obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir.Avqustun 11-də baş tutacaq ilk hərracda bazarın minimum satış qiyməti 15,640,000 AZN-dir.Bazarın Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir.Xatırladaq ki, bundan əvvəl Elmar Vəliyevə məxsus 20 hektar ərazidə yerləşən “Grand Qafqaz […]

2 dəq oxu