Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,12$6,83%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Bazarlar

İNVESTİSİYA TƏŞVİQİ SƏNƏDİ 2029-CU İLƏDƏK VERİLƏCƏK

Biznes TV1 dəq oxu
Paylaş
İNVESTİSİYA TƏŞVİQİ SƏNƏDİ 2029-CU İLƏDƏK VERİLƏCƏK

Bu günədək Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim edilib.Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.Bildirilib ki, investisiya təşviqi sənədi alan 552 layihə artıq fəaliyyətə başlayıb.İndiyədək texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 6 604 təsdiqedici sənəd verilib. Sahibkarlar idxal zamanı tətbiq olunan vergi və rüsumlardan ümumilikdə 350,5 milyon ABŞ dolları məbləğində güzəşt əldə ediblər.İnvestisiya təşviqi sənədi 1 yanvar 2029-cu ilədək bir sıra strateji istiqamətlər üzrə layihələrə veriləcək. Bu istiqamətlərə yerli xammala əsaslanan istehsal, bərpaolunan enerji, tullantıların idarə olunması və təkrar emal, dərman və əczaçılıq məhsullarının istehsalı, kənd təsərrüfatı və aqropark layihələri, hərbi təyinatlı məhsulların istehsalı, eləcə də informasiya və kommunikasiya texnologiyaları üzrə sənaye məhsullarının istehsalı və digər sahələr daxildir.Sənədi əldə edən layihələr 7 il müddətində torpaq və əmlak vergisindən, texnika və avadanlıqların idxalına görə gömrük rüsumu və ƏDV-dən azad edilir. Mənfəət və gəlir vergisinə isə 50 faiz güzəşt tətbiq olunur.Qeyd edək ki, investisiya təşviqi mexanizmi Azərbaycanda 2016-cı ildən tətbiq edilir.

inventasiyasahibkaridxal

Oxşar materiallar

**ÖLKƏYƏ İDXALDA CİDDİ AZALMADÖVLƏT GÖMRÜK KOMİTƏSİ SƏBƏBİNİ AÇIQLADI
Bazarlar

**ÖLKƏYƏ İDXALDA CİDDİ AZALMADÖVLƏT GÖMRÜK KOMİTƏSİ SƏBƏBİNİ AÇIQLADI

2026-cı ilin birinci yarısında Azərbaycana idxal olunan mal və məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 181 milyon dollar və ya 27,6% azalaraq 8 milyard 341,1 milyon dollara düşüb. Dövlət Gömrük Komitəsinin məlumatına görə kəskin azalmanın əsas səbəbi dövlətin idxalı azaltması olub. Belə ki, idxal olunan məhsulların 643,6 milyon dolları dövlət sektorunun, […]

2 dəq oxu
“MANGO” RƏHBƏRİNİN OĞLU İSTİNTAQ ALTINDADIR
Bazarlar

“MANGO” RƏHBƏRİNİN OĞLU İSTİNTAQ ALTINDADIR

“MANGO” RƏHBƏRİNİN OĞLU İSTİNTAQ ALTINDADIRAZADLIĞA ÇIXMASI ÜÇÜN 1 MİLYON AVRO GİROV İSTƏNİLDİ İspaniya Prokurorluğu dünyaca məşhur geyim brendi “Mango”nun yaradıcısı İsak Andikin oğlu Conatan Andikin girov müqabilində azadlığa buraxılmasını tələb edib. İstintaq orqanı onun zaminə buraxılması üçün 1 milyon avro məbləğində girov təyin edilməsini istəyir. Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın EFE informasiya agentliyi […]

2 dəq oxu
PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIB
Bazarlar

PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIB

PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIBDÖRD AYDA 2,6 MİLYARD MANAT YÖNƏLDİLİB 2026-cı ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə 2025-ci ilin müvafiq dövrünə nisbətən 10 faiz çox olmaqla, 2 milyard 608 milyon manat vəsait yönəldilib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Bildirilib ki, 2026-cı ilin əvvəlindən pensiyalar 9.3 faiz indeksləşdirilərək artırılıb və 1 may 2026-cı il […]

1 dəq oxu
ƏN ÇOX QAZANAN ŞİRKƏTLƏRİN ADLARI MƏLUM OLDU
Bazarlar

ƏN ÇOX QAZANAN ŞİRKƏTLƏRİN ADLARI MƏLUM OLDU

İXRAC REYTİNQİ AÇIQLANDIƏN ÇOX QAZANAN ŞİRKƏTLƏRİN ADLARI MƏLUM OLDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2026-cı ilin ilk 3 ayı üzrə ixracda ən çox qazanan şirkətlərin siyahısını açıqlayıb.Qeyri-dövlət ixracatçıları arasında ilk sırada “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin nümayəndəliyi qərarlaşıb-85.3 milyon dollar.Siyahıda həmçinin “Prime Cotton”, “Azərbaycan Şəkər İstehsalat Birliyi”, “AGRARCO” və “Baku Steel Company” kimi […]

1 dəq oxu