KEÇMİŞ APARAT RƏHBƏRİNİN ÖVLADINA “STOP” QOYULDU – MƏBLƏĞ 38 MİN MANATI ÖTÜR

AZƏRBAYCAN NEFTİ YENİDƏN BAHALAŞDI "AZERİ LİGHT" 128 DOLLARI KEÇDİ SMM: Azərbaycan nefti 2008-ci ilin rekorduna yaxınlaşır “Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti yenidən artıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0128,03 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dollar qeydə alınıb. İŞ ADAMLARINA KREDİT VƏ DİGƏR MALİYYƏ DƏSTƏYİ TÜRK DÖVLƏTLƏRİ ÜÇÜN ORTAQ İNKİŞAF BANKI YARADILA BİLƏR SMM: Türk dövlətləri üçün ortaq İnkişaf Bankının yaradılmasına dair layihə artıq işlənib hazırlanıb. Türk dövlətləri üçün ortaq İnkişaf Bankının yaradılması ilə bağlı layihə hazırlanıb.Türkiyənin AK Parti sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbəri Kürşad Zorlu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib ki, layihə digər türk dövlətlərinə və Türk Dövlətləri Təşkilatının Baş Katibliyinə təqdim olunacaq. Onun sözlərinə görə, bankın yaradılmasında əsas məqsəd beynəlxalq maliyyə bazarlarından istifadə etmək, iş adamlarına kredit və digər maliyyə dəstəyi göstərmək, xüsusilə də Orta Dəhlizin inkişafına töhfə verməkdir. Kürşad Zorlu həmçinin Türkiyənin Orta Dəhlizdən Fars körfəzinə çıxan yeni marşrutlar yaratmağı planlaşdırdığını deyib. O, İraqla İnkişaf Yolu layihəsi üzrə ilkin protokolun imzalandığını, Suriya üzərindən Hicaz Dəmir Yolu layihəsinin də nəzərdə tutulduğunu bildirib. 38 MİN MANATDAN ÇOX VERGİ BORCU SABİQ APARAT RƏHBƏRİNİN OĞLUNUN ÖLKƏDƏN ÇIXIŞINA “STOP”QOYULDU SMM: Sabiq məmurun oğlunun ölkədən çıxışına "stop" qoyuldu Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri, 2015-ci ilin payızında korrupsiya ittihamları ilə həbs edilən Vidadi Zeynalovun oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub. "Qaynarinfo"xəbər verir ki, müstəqil "Fərid-R" çoxsahəli istehsalat firmasının Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ümumilikdə 38 765.99 manat vergi borcu yaranıb.Borc şirkətin qanuni təmsilçisi Zeynal Vidadi oğlu Zeynallı tərəfindən ödənilmədiyi üçün Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib. Məhkəmənin qərarı ilə 1994-cü il təvəllüdlü Zeynal Zeynallının ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb. Qeyd edək ki, "Fərid-R" firmasının adı 2016-2017-ci illərdə ictimaiyyət arasında böyük rezonans doğuran cinayət işində - keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri, o cümlədən nazirliyin aparat rəhbəri olan Vidadi Zeynalovun istintaq materiallarda tender qalibi və podratçı qismində çıxış edən müəssisələrdən biri kimi keçib. AZƏRBAYCAN İLK ALTILIQDADIR TÜRKİYƏNİN REGİON ÖLKƏLƏRİNƏ İXRACI AÇIQLANDI SMM: 2026-cı ilin 8 ayında Türkiyədən Azərbaycana ixracın həcmi 1,5 milyard dolları ötüb 2026-cı ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana ixrac həcmi 1 milyard 541 milyon 916 min dollar təşkil edib. FED.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin məlumatlarına istinadla xəbər verir. TİM-in məlumatına görə, Türkiyə ilə həmsərhəd olan 8 ölkə arasında 2026-cı ilin ilk səkkiz ayında Türkiyə məhsullarının ən böyük alıcısı İraq olub. Bu ölkəyə 5 milyard 758 milyon 899 min dollar dəyərində məhsul ixrac edilib. Sonrakı yerlərdə Bolqarıstan – 3 milyard 439 milyon 40 min dollar, Yunanıstan – 2 milyard 293 milyon 38 min dollar, Gürcüstan – 1 milyard 949 milyon 857 min dollar, Suriya – 1 milyard 675 milyon 429 min dollar və İran – 1 milyard 541 milyon 916 min dollarla qərarlaşıb. İlin əvvəlindən Türkiyənin Ermənistana ixracının həcmi isə 1 milyon 336 min dollar təşkil edib. 466,8 MİLYON DOLLARLIQ İXRAC AZƏRBAYCANIN NEFT MƏHSULLARI İXRACI 2 DƏFƏ ARTDI SMM:Azərbaycanın neft məhsulları ixracı 1,4 dəfə artıb Azərbaycanın neft və neft məhsulları ixracı 2026-cı ilin yanvar-avqust aylarında artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ölkədən 466,8 milyon dollar dəyərində 617,4 min tonneft və neft məhsulları ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, həcm baxımından isə 1,4 dəfə çoxdur. Bu məhsulların ümumi ixracdakı payı 2,14 faiz təşkil edib. Ümumilikdə, yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 33,2 milyard dollar olub. Bunun 21,8 milyard dolları ixracın, 11,4 milyard dolları isə idxalın payına düşüb. Nəticədə Azərbaycanın xarici ticarət balansında 10,4 milyard dollarlıq müsbət saldo yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə artıb.





