KOLLECLƏR ÜÇÜN İLLİK TƏHSİL HAQQI BƏLLİ OLDU — MƏBLƏĞLƏR

2026/2027-ci tədris ili üzrə kolleclərdə illik təhsil haqları məlum olub. Ödənişlər kollec və ixtisasdan asılı olaraq 600 manatdan başlayır, 2 300 manatadək yüksəlir.Ən yüksək təhsil haqları özəl kolleclərdədir. Qərbi Kaspi Kollecində illik ödəniş 2 100–2 300 manat, Odlar Yurdu Kollecində 1 500 manat, Bakı Avrasiya Kollecində 1 200–1 500 manat, Bakı Biznes və Kooperasiya Kollecində isə 1 200–1 300 manatdır.Dövlət kolleclərində isə qiymətlər nisbətən aşağıdır. Bakıda əksər ixtisaslarda illik ödəniş 900–1 300 manat arasında dəyişir. Regionlarda isə bəzi kolleclərdə təhsil haqqı 600–800 manatdan başlayır. Eyni zamanda bir sıra ixtisaslar üzrə dövlət sifarişli, yəni ödənişsiz yerlər də var.





