Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,95$7,65%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

“LNG” TƏDARÜKLƏRİ DAYANIR

Biznes TV2 dəq oxu
Paylaş
“LNG” TƏDARÜKLƏRİ DAYANIR

“LNG” TƏDARÜKLƏRİ DAYANIR SON İLLƏRİN ƏN BÖYÜK ENERJİ SINAĞI

Fars körfəzində artan hərbi gərginlik fonunda qlobal qaz bazarı ciddi qıtlıq riski ilə üz-üzə qalıb. “Financial Times” xəbər verir ki, hücumlar başlamazdan əvvəl regionu tərk edən son mayeləşdirilmiş təbii qaz tankerləri hazırda təyinat nöqtələrinə çatmaq üzrədir və bu yüklər faktiki olaraq bölgədən gələn son sabit tədarük hesab olunur.Məlumata əsasən, yaxın günlərdə boşaldılacaq bu yüklərdən sonra, xüsusilə də Körfəzdən ixrac olunan LNG-nin təxminən 90%-ni istehlak edən Asiya bazarında kəskin təchizat çatışmazlığı yarana bilər.Əsas problem isə yeni tədarüklərin demək olar ki, tam dayanmasıdır. Regionda davam edən hərbi əməliyyatlar, enerji infrastrukturuna yönəlmiş hücumlar və gəmiçilik üçün artan təhlükələr Hörmüz boğazı vasitəsilə qaz nəqlini olduqca qeyri-sabit vəziyyətə salıb. Analitiklər yaxın həftələrdə vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırır. Mövcud yüklər təhvil verildikdən sonra idxalçı ölkələrin məhdud qaz həcmləri uğrunda rəqabəti güclənəcək. Bu isə həm qiymətlərin yüksəlməsinə, həm də xüsusilə Asiya və Avropada enerji çatışmazlığı riskinin artmasına səbəb ola bilər. Mövcud təcili tədarüklər hazırki tələbatı qısa müddətə qarşılasa da, onların ardınca ciddi enerji böhranı ehtimalı artır.

iqtisadiyyatqlobalxəbərlər

Oxşar materiallar

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI
İqtisadiyyat

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI2025-Cİ İLLƏ MÜQAYİSƏDƏ 16.9% ARTIM QEYDƏ ALINIB 2026-cı ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl istisna olmaqla Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə təkcə iyunda ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin […]

2 dəq oxu
İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
İqtisadiyyat

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dəq oxu
ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI
İqtisadiyyat

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDIAQRAR SEKTORDA ƏN AZ MUZDLU İŞÇİ VAR Bu iyunun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən il iyunun 1-i ilə müqayisədə 1,2 % çox – 1 milyon 790,6 min nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə onlardan 859,9 min nəfəri dövlət, 930,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib. Muzdla çalışan işçilərin […]

1 dəq oxu
TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER
İqtisadiyyat

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDERMƏKTƏBLƏRDƏ TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANILIR Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın məlumatına görə, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir. Satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və […]

1 dəq oxu