Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,06$2,39%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Dünya

MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB?

Biznes TV2 dəq oxu
Paylaş
MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB?

MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB? İRANIN SABİQ PREZİDENTDİ İLƏ BAĞLI QALMAQALLI İDDİA

İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. Bu barədə “The New York Times“da dərc olunan yazıda bildirilib. Qeyd olunub ki, Əhmədinejad 2024-cü ildə Macarıstanın paytaxtı Budapeştdə İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la görüş keçirib. Anonim ABŞ rəsmiləri hətta “Mossad”ın o zamankı direktoru David Barneanın Budapeştə səfər edərək, Əhmədinejadla şəxsən görüşdüyünü bildirib. Yazıda deyilir ki, İrana hücumlar başlayarkən, İsrail Əhmədinejadın yaşadığı yaşayış kompleksində mühafizə xidmətini və zirehli maşını hədəfə alıb. Bundan sonra isə qara rəngli avtomobil sabiq prezidenti götürərək, təhlükəsiz və gizli bir yerə aparıb. Lakin daha sonra Əhmədinejad naməlum şəraitdə həmin yeri tərk edib. Belə ki, yazılanlara əsasən sabiq prezident İsrailin planı əsasında yenidən hakimiyyətə gəlmək istəməyib. Bu hadisədən sonra isə Əhmədinejad ilk dəfə ötən həftə İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimində ictimaiyyət qarşısına çıxıb.

Məlumatlı mənbələr Əhmədinejadın İsrail nümayəndələri ilə görüşünün ifşa olunduğunu və onun hazırda ev həbsində saxlanıldığını bildirib.

qlobalxəbərlər

Oxşar materiallar

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR
Dünya

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR4 MİN NƏFƏR DEPORTASİYA OLUNACAQ 2026-cı ildə Gürcüstandan ən azı 4 min qeyri-qanuni miqrantın çıxarılması planlaşdırılır. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən il Gürcüstanda təqribən 20 min qanunsuz miqrant olub. “Son bir il ərzində Gürcüstandan son 10 illə müqayisədə daha çox qanunsuz miqrant çıxarılıb. […]

1 dəq oxu
XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR
Dünya

XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR

XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR24 AY KEÇİD DÖVRÜ NƏZƏRDƏ TUTULUR Qeyri-qida istehlak malları ilə bağlı idxal nəzarət mexanizmi yaradılır. Gömrük Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən ölkəyə gətirilən malların uyğunluq sertifikatı və bəyannaməsi, eyni zamanda tanınmış xarici mənşəli uyğunluq sənədlərlə müşayiət olunmalıdır. Bununla ölkəyə gətirilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər […]

2 dəq oxu
“PORSCHE”DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR
Dünya

“PORSCHE”DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR

“PORSCHE”DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİRSATIŞLAR DÜŞDÜ, MİNLƏRLƏ İŞÇİ İXTİSAR EDİLƏCƏK Almaniyanın avtomobil sənayesində müşahidə olunan geriləmə lüks avtomobil istehsalçısı Porschenin xərcləri azaltmasına səbəb olub.Şirkət əlavə 4 min iş yerinin ixtisarını planlaşdırır.Fed.az xəbər verir ki,2026-cı ilin ilk altı ayında Porsche-nin satışları demək olar ki, bütün əsas bazarlarda azalıb.Rəhbərlik satışların azalmasını daxiliyanma mühərrikli 718 modelinin istehsalının dayandırılması, ötən il […]

2 dəq oxu
BU ŞƏXLƏR ÜÇÜN TÜRKİYƏYƏ GİRİŞ ASANLAŞA BİLƏR
Dünya

BU ŞƏXLƏR ÜÇÜN TÜRKİYƏYƏ GİRİŞ ASANLAŞA BİLƏR

BU ŞƏXLƏR ÜÇÜN TÜRKİYƏYƏ GİRİŞ ASANLAŞA BİLƏRHÖKUMƏT YENİ GÜZƏŞTLƏR HAZIRLAYIR Türkiyə Böyük Millət Məclisi Antalyada keçiriləcək COP31 iştirakçıları üçün imtiyaz və güzəştləri nəzərdə tutan beynəlxalq saziş layihəsini müzakirəyə çıxaracaq.Fins.az xəbər verir ki, Ankara ilə BMT arasında razılaşdırılmış sənəd parlamentə təqdim olunub. Saziş təsdiqlənərsə, COP31 iştirakçıları üçün Türkiyəyə giriş-çıxış prosedurları, o cümlədən viza qaydaları sadələşdiriləcək.

1 dəq oxu