MDB-YƏ İXRACATDA 18% ARTIM

Azərbaycanın MDB ölkələrinə ixracı 2026-cı ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,2% artıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Hesabat dövründə Azərbaycanın ümumi ixracı 43,2% artıb. MDB ölkələrinə ixrac 18,2%, MDB üzvü olmayan ölkələrə ixrac isə 45,1% yüksəlib.Eyni dövrdə Azərbaycanın ümumi idxalı 27,6% azalıb. MDB ölkələrindən idxal 44%, digər ölkələrdən idxal isə 21,7% aşağı düşüb.2026-cı ilin yanvar-iyul aylarında ölkədə ÜDM 1,4%, sənaye məhsulunun ümumi həcmi isə 0,3% artıb.





